Venesuelada torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb
10.10.2022 [11:00]
Xəbərin mətni
Venesuelada daşqınlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Venesuela Prezidenti Nikolas Maduro ölkədə üç günlük matəm elan edib.