CƏMİYYƏT


Zahid Oruc: Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır

Azərbaycan xalqına qarşı 34 illik erməni vandalizmini bir videoçarxa yerləşdirmək olmaz. Ermənistanın əsas məqsədi sentyabr zərərinə kölgə salmaqdır. Onlar keçən ay bu istiqamətdə təxribatlar törətdilər. Azərbaycan Ordusu Vətən müharibəsini beynəlxalq hüquqa tam uyğun aparıb. 44 günlük Vətən müharibəsi BMT-nin başını Azərbaycanın əli ilə ucaltdı. Ermənilər Azərbaycan ərazisində nəinki müharibə cinayətləri törədib, hətta milyonlarla mina basdırıblar.AZƏRTAC xəbər verir ki, bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.