CƏMİYYƏT


Erkən evliliyə yox! Uşaq evliliyi yolverilməzdir!

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, erkən nikahların qarşısının alınmasına və müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirlik bu mövzuya diqqəti cəlb etmək məqsədilə yeni videoçarx hazırlayıb.