CƏMİYYƏT


Şirvanda telefon mağazalarından oğurluq edən iki nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayda telefon aksesuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.