CƏMİYYƏT


Qusar sakinindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Ruslan Əliyevi saxlayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və ona məxsus bağ sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruslan Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.