Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbiri keçirilib
14.10.2022 [15:06]
Xəbərin mətni
Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, QHT nümayəndələri və digərləri iştirak ediblər.