İmişlidə Aqrar İnnovasiya Festivalında innovativ texnologiya və avadanlıqlar nümayiş olunub
14.10.2022 [18:11]
Xəbərin mətni
Aqrar innovasiyaların məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən İmişli rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Kənd təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələri, tabeli qurumları, eləcə də digər dövlət qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.