Azərbaycan Dövlət İnformasiya Agentliyi

YADDAŞ: 2020-ci il 15 oktyabr. Ermənistan ordusu Ağdamın kəndlərini atəşə tutub, mülki şəxslər yaralanıb

15.10.2022 [11:34]

Xəbərin mətni

Vətən müharibəsi: Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla azərbaycanlı dinc mülki əhaliyə qarşı terror əməllərini davam etdirir.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 15-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.