Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Prezidenti Bartında qəza olan mədənə baş çəkib

15.10.2022 [16:23]

Xəbərin mətni

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədənə - fövqəladə vəziyyət rayonuna baş çəkib.AZƏRTAC xəbər verir ki, burada qurulan böhran idarəetmə mərkəzində dövlət başçısına partlayışın səbəbləri barədə məlumat verilib.Bildirilib ki, mədəndə ümumilikdə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri nəticəsində 58 nəfər qurtarılıb, 41 nəfər dünyasını dəyişib.