DÜNYA


Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilir

Pekinin Xalq Yığıncaqları Sarayında Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayı işə başlayıb.AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının siyasi həyatında ən mühüm hadisələrdən olan partiyanın budəfəki qurultayına 2296 nümayəndə və 14 xüsusi dəvət olunmuş şəxs qatılıb. Qurultay nümayəndələri 96 milyondan çox üzvü olan ÇKP-nin 4,9 milyon ərazi ilk təşkilatını təmsil edir.