DÜNYA


Türkiyə Prezidenti: Bartındakı partlayışdan dərhal sonra bütün aidiyyəti qurumlar səfərbər oldu

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədəndə həyatını itirənlər son mənzilə yola salınıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşanan faciə ilə bağlı xalqa müraciətində bildirib ki, partlayışdan dərhal sonra bütün aidiyyəti qurumlar səfərbər oldu.AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla dövlət və hökumət nümayəndələri, eləcə də yerli hakimiyyət orqanlarının rəhbərləri hadisə baş verən rayonda olublar.