CƏMİYYƏT


YADDAŞ: 2020-ci il 17 oktyabr. Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı

Vətən müharibəsi: Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutdu, dinc sakinlər arasında ölən və yaralananlar oldu.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinlərindən ilkin məlumata görə 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.