CƏMİYYƏT


Sumqayıtda sərxoş sürücü inzibati qaydada həbs edilib

Oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb.