RƏSMİ


Prezident İlham Əliyev ölkəmizdə yol qəzası keçirən Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.