Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qrız və Xınalıq kəndlərinə qar yağıb

22.10.2022 [12:40]

Xəbərin mətni

Oktyabrın 21-i axşam saatlarından şimal bölgəsində hava şəraitinin kəskin dəyişməsi nəticəsində əksər yaşayış məntəqələrində yağıntılı hava müşahidə olunur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubanın ucqar yaşayış məntəqələri olan Qrız və Xınalıq kəndlərində 3 santimetr qar yağıb. Kəndlərdə havanın temperaturu mənfi 3 dərəcəyədək aşağı düşüb.