Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astaranın sitrus bağlarında feyxoa yığımına başlanılıb

22.10.2022 [12:43]

Xəbərin mətni

Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, feyxoa yığımı əsasən, şəxsi təsərrüfatlarda aparılır.Rayon Statistika İdarəsindən verilən məlumata görə, Astarada mövcud olan 865 hektar feyxoa bağından 572 hektarı bar verir. Ötən il feyxoa bağlarından 6979 tona yaxın məhsul yığılıb. Hər hektardan 12 ton feyxoa əldə edilib.