CƏMİYYƏT


Aynurə İsmayılova: Orxan hələ uşaq idi, 16 yaşı vardı, arzuları ürəyində qaldı...

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror aktları həyata keçirirdi. Belə terror əməli nəticəsində həlak olanlardan biri də 16 yaşlı Orxandır. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən İsmayılzadə Orxan Rəhbər oğlu həlak oldu.