Laçın dəhlizinə və Şuşaya yolun açılmasında əhəmiyyətli olan Qubadlı döyüşləri
25.10.2022 [11:02]
Xəbərin mətni
Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. Həmin tarixi Qələbənin ikinci ilində AZƏRTAC-ın bölgə müxbiri Qubadlı şəhərində Zəfər yürüşünün hərbçiləri ilə görüşüb, döyüş əməliyyatları barədə onlarla həmsöhbət olub. Müxbirimizin səfər qeydlərini təqdim edirik.