Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in qüvvələri Yasamalda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub

26.10.2022 [11:09]

Xəbərin mətni

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.