SİYASƏT


Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan parlamenti spikerinin iddialarına cavab verib

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın gedişində Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib.