CƏMİYYƏT


Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 20 avtomobil təqdim edilib

Noyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 20 vətəndaşa minik avtomobilləri təqdim edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketinin şəhid ailələri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsi əhatə etdiyini, onlara sosial dəstəkyönümlü 243 min xidmət göstərildiyini bildirib.