UNESCO-nun mənzil-qərargahında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edilib
04.11.2022 [11:17]
Xəbərin mətni
Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.AZƏRTAC xəbər verir ki, UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramı çərçivəsində dünya şöhrətli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.