SİYASƏT


Hissə və birləşmələrin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yoxlanılması davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.
Komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri "Tank ovçuluğu" təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra  komandir heyətinin məruzələrini dinləyib.