CƏMİYYƏT


Cəlilabad sakini kartondan avtomobil maketləri hazırlayır

Bəzən yararsız saydığımız karton kağızları kimin üçünsə olduqca önəmli və dəyərlidir. Məsələn, Cəlilabad sakini, 38 yaşlı Elçin Quliyev kartona böyük yaradıcılıq imkanı kimi baxır.Elçin kartondan müxtəlif növ avtomobil, ev və digər maketlər hazırlayır. Onun kartonla işləməsi maraqlı olduğu kimi, həm də böyük səbr tələb edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kartondan əsasən avtomobil modellərinin dizaynını hazırlayan Elçin yeniliyə də imza atıb. O yeni, tam yanacaqsız işləyən avtomobil modelinin dizaynını hazırlayır. Üzərində işlədiyi avtomobil modelinin motor həcmi 2 litr olmaqla, 180 at gücünə hesablanıb.