Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xızıda hərbi sursat aşkar edilib

06.11.2022 [14:06]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.