SİYASƏT


Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.AZƏRTAC xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra isə hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.