SİYASƏT


Zəfər Günü İtaliyada təntənəli şəkildə qeyd edilib

Azərbaycanın İtaliyadakı səfirliyində 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, İtaliya Parlamentinin üzvlərinin, Xarici İşlər Nazirliyinin rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumlarının əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.