Azərbaycanın şanlı Zəfərinin yaratdığı reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir
09.11.2022 [11:16]
Xəbərin mətni
Azərbaycanın İrandakı səfirliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın şanlı Qələbəsini və işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərini əks etdirən videoçarx nümayiş etdirilib.