Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın yutub kanalında Azərbaycanın Zəfər Gününə həsr olunan xüsusi veriliş yayımlanıb

09.11.2022 [15:45]

Xəbərin mətni

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Azərbaycanın Zəfər Gününə həsr olunan xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub bloqeri Kazuyasu İşidanın, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərin və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin qatıldığı verilişdə yapon izləyicilərə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycan əraziləri barədə ətraflı məlumat verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI