CƏMİYYƏT


İsmayıllıda avtomobil iki piyadanı vurub

İsmayıllıda avtomobil iki piyadanı vurub, nəticədə onlardan biri hadisə yerində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Topçu kəndi ərazisində baş verib. Belə ki, Qurbanəfəndi kənd sakini Dağlar Feyti oğlu Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və Dilarə Hacıyevanı vurub. Nəticədə piyada Laman Dadaşova hadisə yerində ölüb, Dilarə Hacıyeva isə xəstəxanaya yerləşdirilib.