ABŞ-ın ən yaşlı qadını 115-ci ad gününü qeyd edib
12.11.2022 [19:14]
Xəbərin mətni
ABŞ-da ən yaşlı qadın kimi tanınan Ayova ştatından olan Bessi Hendriksin 115 yaşı tamam olub.
AZƏRTAC United Press International agentliyinə istinadla xəbər verir ki, Bessi Hendriks yubileyini Leyk-Siti şəhərində yerləşən qocalara xidmət mərkəzində ziyafətlə qeyd edib. Tədbirə yubilyarın bir gün öncə 90 yaşı tamam olmuş qızı Joan Şaffer də daxil olmaqla, hər üç övladı qatılıb.