CƏMİYYƏT


Qarabağ atçılıq kompleksində yeni nəsil atlar yetişdirilir

Azərbaycanın milli sərvəti olan Qarabağ atları öz tarixi şöhrətinin qayıdışı dövrünü yaşayır. Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılması davam etdirilir. Seleksiya işləri 2018-ci ildən istifadəyə verilmiş Qarabağ Atçılıq Kompleksində aparılır. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələrdən ibarətdir. Burada atların məşq etdirilməsi üçün qapalı manej, açıq manej, qaçış zolağı, məşq qurğusu, gəzinti sahəsi var.