Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serbiyada leysan yağışları fəsadlara səbəb olub

21.11.2022 [18:10]

Xəbərin mətni

Serbiyada əlverişsiz hava şəraiti ciddi fəsadlar törədib.AZƏRTAC xəbər verir ki, bosniyalı əhalinin sıx məskunlaşdığı Sancaq bölgəsində güclü leysan yağışları daşqınlara səbəb olub. Novi Pazar şəhəri ərazisindən keçən çay daşıb, iki yaşlı uşaq sel suları altında qalaraq həyatını itirib.