Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın narkotik aşkarlandı

22.11.2022 [12:10]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə nüxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəsgər Məmmədli saxlanılıb.