Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib

23.11.2022 [17:45]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar zamanı 42 nəfər saxlanılıb, 49 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.