CƏMİYYƏT


İsmayıllıdakı “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq tullantıları sakinləri narahat edir

İsmayıllı rayonunda “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq ayaqları, eləcə də həmin heyvanlara aid digər tullantılarla bağlı yayılan söz-söhbət aidiyyəti qurumların da diqqətini cəlb edib. Axı, bəziləri rayonda at və uzunqulaq ətinin mal əti adı ilə satıldığını iddia edirlər və bu adamların tezliklə aşkar edilməsini, məsuliyyətə cəlb olunmasını istəyirlər.