Azərbaycan Dövlət İnformasiya Agentliyi

İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb

28.11.2022 [12:17]

Xəbərin mətni

Neapol körfəzindəki İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 5 nəfərin axtarışı davam edir. Ölənlər arasında üç həftəlik uşaq da var.AZƏRTAC İtaliyanın ANSA xəbər agentliyinə istinadla xəbər verir ki, itkin düşən 5 nəfərdən üçü bir ailənin üzvüdür (iki valideyn və 2007-ci il təvəllüdlü azyaşlı uşaq).