CƏMİYYƏT
Binəqədi rayonunda taksi sürücülərinə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb
29.11.2022 [15:05]
Xəbərin mətni
Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib. Naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axatarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb.