SİYASƏT


Çavuşoğlu: NATO müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər

NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestə keçirilən toplantısı faydalı oldu. Müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.