DÜNYA


Mövlud Çavuşoğlu: İsveçdən götürdüyü öhdəliklərlə bağlı daha təsirli addımlar gözləyirik

Türkiyənin terror hücumuna məruz qaldığı vaxtda (Taksimdə baş verən və atılan raketlərlə bağlı son terror aktları) İsveçin yeni hökuməti bəzi müttəfiqlərimizdən daha güclü açıqlamalar verdi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.