Xaçmazda 22 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı
03.12.2022 [13:16]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları oğurluq hadisələri törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərovu saxlayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10 min manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.