CƏMİYYƏT


DYP-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, xəbərdarlıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, bu yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilib.