CƏMİYYƏT


Gələcəyimiz olan uşaqların əngəl tanımayan bacarıqları

Fiziki imkanları məhdud olan insanların bacarığının üzə çıxarılması, onların faydalı fərd kimi yetişməsi cəmiyyətimiz üçün vacibdir. Bu iş hər kəsi düşündürməlidir. Günümüzdə kifayət qədər insan var ki, fiziki məhdudiyyətli olduğu halda, məşhur sənətkara, aktyora, alimə, müəllimə və digər peşənin, necə deyərlər, peşəkarına çevrilib.