Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb

05.12.2022 [15:16]

Xəbərin mətni

İsmayıllıda mikroavtobus yoldan çıxaraq aşıb, 8 nəfər xəsarət alıb.AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45 -ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi sərnişin mikroavtobusu Şəki-Bakı marşrutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Eltun Yusibov və 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.