Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə kənd məktəbində baş verən yanğın söndürülüb

05.12.2022 [19:10]

Xəbərin mətni

İmişlinin Yuxarı Qaralar kəndində məktəb binasında baş verən yanğın söndürülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırış üzrə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 7 texnikası cəlb olunub.Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.Məktəb binası 282 şagird yerlikdir. Yanğının elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.