RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır