Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabadda yol polisinin saxladığı avtomobildən külli miqdarda narkotik götürüldü

06.12.2022 [18:19]

Xəbərin mətni

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücü saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman avtomobilinin yük yerində külli miqdarda qurudulmuş marixuana aşkarlanıb.