SİYASƏT


Prezident Ərdoğan: Azərbaycanla birgə addımlarımızı davam etdirəcəyik

Bu gün Azərbaycanda hərbi təlim var idi. Bu, azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirilən bir təlim idi. Qardaşlarımızla bizim əsgərlərimiz, komandanlarımızın birlikdə keçirdikləri təlim sona çatdı. Onlarla bir telefon əlaqəsi qurub təbriklərimizi çatdırdıq. Əsas məqsəd o həyəcanı, coşqunun sevincini onlarla bölüşmək idi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyasının (TİSK) qurultayındakı çıxışında Azərbaycanda keçirilən “Qardaş yumruğu” təlimindən bəhs edərək söyləyib.