CƏMİYYƏT


Nelaida Xanukayeva: Yerli sakinlərlə dostluq və qardaşlıq şəraitində yaşayırıq

Cəlilabadın Privolnoye kəndində yaşayan Nelaida Xanukayeva azsaylı yəhudi ailəsindən biridir. Səksən iki yaşlı nənə hazırda qızı ilə birlikdə yaşayır. Digər övladları və nəvələri isə İsrail və Rusiyaya köçüblər. Lakin tez-tez onlarla telefonla əlaqə saxlayır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir vaxtlar rus və yəhudilərin kompakt yaşadıqları Cəlilabadın Privolnoye kəndini özünə doğma vətən hesab etdiyini söyləyən Nelaida nənə təsərrüfatla məşğuldur.