Çin istehsalı olan ilk C919 təyyarəsi istismarçı şirkətə təqdim olunub
09.12.2022 [14:40]
Xəbərin mətni
Çin istehsalı olan ilk darfüzelyajlı C919 təyyarəsi istismarçı şirkətə - “Çin Şərq Hava Yolları”na təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsalı olan ilk C919 sərnişin təyyarəsi birinci uçuşunu dekabrın 9-da Şanxayın “Pudon” hava limanından “Honçiao” hava limanına edib. “Çin Şərq Hava Yolları” şirkəti ilk mərhələdə 5 ədəd C919 təyyarəsi sifariş edib.